Bakının Səbail rayonunda yol-nəqliyytı hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.
“Mercedes” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili aşırıb. Avtomobil istinad divarına dəyərək dayanıb. Qəza nəticəsində iki sərnişin ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.