Bu il Azərbaycanda radioyayım üçün yeni tezliklər ayrılıb

Bu il Azərbaycanda radioyayım üçün yeni tezliklər ayrılıb
16:12 30 Dekabr 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan ərazisində FM radioyayımının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 88 - 108 MHz diapazonundan istifadəyə yararlı boş olan yeni tezliklər ayrılıb.
"Report" xəbər verir ki, bu barədə MTRŞ-ın 2019-ci il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, 100,5 FM-in Poylu Radio-televiziya yayım stansiyasından (Ağstafa rayonu) yayımı üçün 94,1 MHz, 100,5 FM və Xəzər FM-in Təpəcənnət RTYS-dən (Şəki rayonu) yayımı üçün uyğun olaraq 92,2 MHz və 96,3 MHz, ASAN Radionun xidmət zonasının genişləndirilməsi üçün Poylu RTYS-dən onun yayımının həyata keçirilməsi üçün 100,0 MHz, Gülüstan RTYS-dən (Ağsu rayonu) və Danaçı RTYS-dən (Zaqatala rayonu) onun yayımları üçün 95,6 MHz, Şamaxı Radio-televiziya stansiyasından yayımı üçün 96,5 MHz, İctimai Radio proqramının Bakı teleqülləsindən yayımı üçün əlavə olaraq 94,5 MHz işçi tezlikləri ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/media/bu-il-azerbaycanda-radioyayim-ucun-yeni-tezlikler-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR