“Report”un Muğan bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Parkında baş tutub.
Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının kollektivləri və rayon sakinləri iştirak ediblər.
Tədbirdə M.Quliyev rayon əhalisini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək ən xoş arzularını bildirib.
Tədbir rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilərlə davam edib.


