Biləsuvar rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Parkında baş tutub.
Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, ümumtəhsil müəssisələrinin, uşaq bağçalarının kollektivləri və rayon sakinləri iştirak ediblər.
M.Quliyev rayon əhalisini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək ən xoş arzularını bildirib.
Tədbir rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilərlə davam edib.


