Bu ilin ən pis məhsul və texnologiyaları hansılardır?

Bu ilin ən pis məhsul və texnologiyaları hansılardır?
23:42 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Engadget saytı bu ilin ən pis texnologiya və məhsullarının siyahısını tərtib edib. Həmin siyahıya istifadəçilərin gözləntilərini qarşılamayan böyük pöotensiala sahib cihazlar daxil olublar.

Samsung Galaxy Fold:

    Samsung şirkəti smartfon bazarında qatlana bilən smartfon modelini satışa çıxartmış ilk şirkət oldu. Lakin sözügedən smartfon tez bir zamanda müxtəlif problemlər ilə qarşılaşdı. Belə ki, hələ test mərhələsində müxtəlif jurnalistlər və videobloqqerlər aşkar etdilər ki, Galaxy Fold-un ekranı sürətli şəkildə sıradan çıxa bilir. Nəticədə Samsung şirkəti smartfonun satışlarını təxirə saldı, onun ekranının dözümlülüyünü artırdı və Galaxy Fold-u payız fəlsində satışa çıxartdı.

    Lakin mühəndislərin bütün səylərinə baxmayaraq 2000$ qiymətə sahib smartfon yenə də kövrək olaraq qalıb. Engadget saytının jurnalistləri qeyd ediblər ki, onlar yenilənmiş Galaxy Fold modelini test edən zaman aşkar ediblər ki, smartfonun ekranında zədələnmiş piksellər əmələ gəlir. Bu cür hal isə son 2 ildə heç bir smartfon ilə baş vermirdi.

Microsoft Surface Pro X:

    Microsoft şirkətinin 2012-ci ildə təqdim etdiyi və planşetlər üçün nəzərdə tutulmuş Windows RT əməliyyat sistemi çox adamın xoşuna gəlmirdi. Buna görə də Surface Pro X planşetinə Windows 10 əməliyyat sistemi quraşdırıldı. Lakin buna baxmayaraq tamamilə yeni bir problem yarandı. Belə ki, Windows tətbiqlərinin ARM prosessorlar ilə uyğunlaşması çox pis alındı. Burda həmçinin Microsoft və Qualcomm-un Surface Pro X üçün xüsusi olaraq hazırladıqları yüksək funksionallı çip də yardımçı ola bilmədi. Test zamanı Engadget jurnalisti həmçinin sözügedən planşetdə məşhur "göy ölüm ekranı" ilə də qarşılaşdı.

Huawei Mate 30 Pro:

    Engadget saytı Huawei Mate 30 Pro-nu Google servislərindən məhrum olan yaxşı Android smartfon adlandırıb. Google şirkəti öz servislərini ona görə smartfona quraşdırmıyıb ki, ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə ABŞ hökuməti öz yerli şirkətlərinə Huawei İlə əməkdaşlığa qadağa qoyub. Mate 30 Pro modeli 5G dəstəyinə, 4 güclü kameraya və 4500 mAh enerji tutumlu batareya həcminə sahibdir. Lakin smartfon istifadəçilərə çox lazım olan Google servislərinə sahib deyil.

Google WearOS:

    Bu il Google şirkəti daşınıla bilən cihazlar üçün nəzərdə tutulmuş WearOS əməliyyat sisteminə ümumiyyətlə diqqət ayırmadı. Belə ki, şirkət bu əməliyyat sistemi üçün heç bir yeni funksiya təqdim etmədi və bu əməliyyat sistemi ilə çalşan cihazlarda batareyanın çalışma müddəti problemini aradan qaldırmadı. Halbuki şirkət həmin problemin ortadan qaldırılmasını hələ 2018-ci ildə söz vermişdi.

    Nəticədə WearOS ilə çalışan cihazlar hələ də 2 saat ərzində enerjilərini tam bitirirlər və həmin cihazlarda olan tətbiqlər çox zaman düzgün çalışmırlar. Gələn il WearOS üçün uğurlu ola bilər. Belə ki, keçən ay Google şirkəti smart saat və fitnes qolbaq istehsalçısı olan Fitbit-i 2.1 milyard dollara aldı. Beləliklə şirkət istehsal olunacaq daşınıla bilən cihazlara öz əməliyyat sistemini quraşdırmağı planlaşdırır.

Google Stadia:

    Google söz vermişdi ki, cloud gaming servisi olan Stadia vasitəsilə heç bir konsol və ya oyun almadan istənilən oyunu istənilən cihazda 4K və hətta 8K keyfiyyətində işə salmaq mümkün olacaq. Lakin servisin istifadəyə verilməsindən sonra məlum oldu ki, o, gözləntiləri qarşılamadı. Belə ki, Stadia stabil deyil və ona bir çox oyunların uyğunlaşması bəs etmir. Oyunların çoxu 4K-nı dəstəkləmir və servis üçün nəzərdə tutulmuş xüsusi naqilsiz gamepad yalnız televizorlar ilə çalışır. Engadget-in fikrincə Stadia-nın bütün prolemlərinin səbəbi ondadır ki, Google tələsərək tam hazır olmayan məhsulu istifadəyə verdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR