Qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən mənfəət vergisi və ƏDV hesablanır

Qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən mənfəət vergisi və ƏDV hesablanır
14:42 1 Yanvar 2020
72 Ölkə
Ölkə mətbuatı
A- A+

ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəki qeyri-yaşayış sahəsi digər hüquqi şəxsə satılarkən müəssisənin bu satışla bağlı hansı vergi öhdəlikləri yaranır?

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2020-ci yanvarın 1-dən hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv olunub. Gələn ilin yanvarından sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/814645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR