Yaponiya polisi Karlos Qonun ölkədən necə qaçdığını müəyyənləşdirir

Yaponiya polisi Karlos Qonun ölkədən necə qaçdığını müəyyənləşdirir
05:32 2 Yanvar 2020
96 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya polisi Fransa-Yaponiya avtomobil istehsalı ittifaqı - "Renault-Nissan-Mitsubishi"nin keçmiş rəhbəri Karlos Qonun ölkədən necə qaçması faktı üzrə araşdırma aparır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.
Məlumata görə, hüquq-mühafizə orqanları bu qaçışda ona kimin kömək etdiyini araşdırır.
Qeyd edilir ki, polis hazırda müşahidə kameralarının qaçış günündə Karlos Qonu hərəkətinin mümkün marşrutu üzrə videogörüntülərin analizini aparır.
Yapon asayiş keşikçiləri əmindirlər ki, Karlos Qona eyni vaxtda bir neçə nəfər kömək edib. İndi onların üzə çıxarılması üzrə iş aparılır.
Avtomobil ittifaqının keçmiş rəhbəri barəsində həmçinin miqrasiya qanunvericiliyinin pozulması haqqında maddə üzrə yeni cinayət işi qaldırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiya-polisi-karlos-qonun-olkeden-nece-qacdigini-mueyyenlesdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR