“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək:
“Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib