"Yuventus"dan 35 milyonluq transfer

"Yuventus"dan 35 milyonluq transfer
19:52 2 Yanvar 2020
112 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" qış fasiləsində ilk transferini edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Deyan Kulusevskini tibbi müayinədən keçirib. Klubun bazasına gedən isveçli futbolçu azarkeşlərlə şəkil çəkdirib.

İtaliya mətbuatı "Yuventus"un 19 yaşlı futbolçu üçün "Atalanta"ya 35 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Kulusevski icarə əsasında "Parma"da çıxış edir. O, mövsümün ilk yarısında 17 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR