Almaniyanın "Borussiya" klubunun futbolçusu Yulian Vayql Dortmund təmsilçisini tərk edib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
24 yaşlı futbolçu Lissabon 4,5 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər "Benfika"nın şərəfini qoruyacaq.
Portuqaliya təmsilçisi bu transferə görə "Borussiya"ya 20 milyon avro ödəyib. Y.Vayql 2015-ci ilin yayında "Münhen-1860"dan Dortmund klubuna cəmi 2,5 milyon avroya keçmişdi.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə üst-üstə 20 oyun keçirib və 1 qol vurub.
Milli.Az