MÜHARİBƏ BAŞLANDI: ABŞ İraqa körfəzdən qoşun yeridir

MÜHARİBƏ BAŞLANDI: ABŞ İraqa körfəzdən qoşun yeridir
11:03 5 Yanvar 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Dəniz Donanması Yaxın Şərqə iki döyüş gəmisi göndərir.

Publika.az xəbər verir ki, məlumat ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun (USNI) rəsmi saytında yer alıb.

Bildirilib ki, iranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra Mərakeş ilə baş tutacaq birgə hərbi təlimlər təxirə salınıb və bu təlimdə iştirak edəcək gəmilər Yaxın Şərqə doğru yol alacaq.

Gəmilərdən biri “USS Bataan” çoxfunksiyalı hücum gəmisi, digəri isə ABŞ Dəniz Piyadaları 26-cı Hərəkat Taborunu (2 min 100 əsgər) daşıyan gəmidir. Onların göndərilmə məqsədi isə təhlükəsizliyi təmin etməkdir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) daha əvvəl Yaxın Şərqə 3 min 500 əsgər göndərəcəyini açıqlamışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/301029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR