“Qızıl Qlobus”un qalibləri seçildi -

Los-Ancelesin “Beverly Hilton” otelində 77-ci “Qızıl Qlobus” mükafatlandırma mərasimi baş tutub.

Metbuat.az mükafatın builki qaliblərini təqdim edir:

Ən yaxşı film (dram) – “1917”

Ən yaxşı aktyor (dram) – Hoakin Feniks (“Coker”)

Ən yaxşı aktrisa (dram) – Rene Zellveqer (“Cudi”)

Komediya janrında ən yaxşı film – “Bir dəfə...Hollivudda” (“Once Upon A Time In Hollywood”)

Komediya janrında çəkilmiş ən yaxşı aktyor – Teron Edjerton (“Roketmen”)

Komediya janrında çəkilmiş ən yaxşı aktrisa – Akvafina (“Vida”- “The Farewell”)

Ən yaxşı rejissor – Sem Mendes (“1917”)

Ən yaxşı ssenari – Kventin Tarantino (“Bir dəfə... Hollivudda”)

Ən yaxşı animasiya – “İtirilmiş bağlantı” (“Missing Link”)

Xarici dildə ən yaxşı film – “Parazitlər” (“Parasite”)

İkinci planda ən yaxşı aktyor – Bred Pitt ( “Bir dəfə... Hollivudda”)

İkinci planda ən yaxşı aktrisa – Lora Dern (“Nikah hekayəsi”)

Ən yaxşı mahnı - I'm Gonna Love Me Again (“Roketmen”)

Ən yaxşı film musiqisi – Hildur Qudnadottir ( “Coker”)

Ən yaxşı drammatik serial – “Vərəsələr” (“Succession”)

Dramatik serialda ən yaxşı aktrisa – Oliviya Kolman (“Tac”)

Dramatik serialda ən yaxşı aktyor – Brayan Koks (“Vərəsələr”)

Komediya janrında çəkilmiş ən yaxşı teleserial – “Zibil” (“Fleabag”)

Ən yaxşı mini-serial – “Çernobıl” (“Chernobyl”)

Komediya janrında ən yaxşı teleserial aktyoru – Rami Yussef (“Rami”)

Komediya janrında ən yaxşı teleserial aktrisası – Fibi Uoller-Bric (“Zibil”)

Ən yaxşı mini-serial aktyoru – Rassel Krou (“Ən güclü səs”)

Ən yaxşı mini-serial aktrisası – Mişel Uilyams (“Fossi/Verdon”)

İkinci planda ən yaxşı mini-serial aktyoru – Stellan Skarsqard ( “Çernobıl”)

İkinci planda ən yaxşı mini-serial aktrisası – Patrisiya Arkett (“İddia”- “The Act”)

Fəxri “Qızıl Qlobus” – Tom Henks


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR