Sentyabr ayından bu yana Avstraliyanı təsiri altına alan və hələ də söndürülə bilməyən meşə yanğınları indiyə qədər 8 milyon hektardan çox sahəni məhv edib.
Publika.az xəbər verir ki, yanğının tüstüsü minlərlə kilometr uzaqlıqdakı Cənubi Amerika ölkələri olan Çili və Argentinaya çatıb.
Məlumatı Çili Meteorologiya İnstitutu və Argentina Meteoroloji Agentliyi təsdiqləyib.
Qeyd edək ki, Avstraliyada aylarla davam edən meşə yanğınlarının hava şəraiti ilə əlaqədar daha da kəskinləşəcəyi proqnozlaşdırılıb. Şənbə günü on minlərlə insan evlərini tərk edib. Turistlərin maraq göstərdiyi şəhərlər kimsəsiz qalıb. Ölkənin cənub-şərqində fövqəladə vəziyyət elan edilib. 2000-ə yaxın yaşayış evi, 3000 inzibati və təsərrüfat tikilisi məhv olub.
Meşə yanğınlarında 24 nəfərin öldüyü, on minlərlə insanın itkin düşdüyü, 500 milyondan çox heyvanın tələf olduğu bildirilib.
Məhərrəm Əliyev