Avstraliyanın hakimiyyət orqanları su çatışmazlığına görə 10 min dəvəni öldürəcək

Avstraliyanın hakimiyyət orqanları su çatışmazlığına görə 10 min dəvəni öldürəcək
22:22 7 Yanvar 2020
82 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliya məmurları ölkədə güclü meşə yanğınları dövründə minlərlə dəvəni həddən artıq su içmələri səbəbindən öldürməyə qərar veriblər.
Bu barədə “Report” “The Hill”ə istinadən xəbər verir.
Hakimiyyət orqanları təxminən 10 min dəvəni ona görə öldürmək istəyir ki, onlar çox su içirlər. Su isə Avstraliyanı bürüyən meşə yanğınlarının söndürülməsi üçün lazımdır. Heyvanların öldürülməsi üçün xüsusi beşgünlük kampaniya keçiriləcək. Kampaniya çərşənbə günü başlayacaq.
Nəşr qeyd edib ki, su axtaran dəvələr hətta yerli sakinlərin evlərinə girirlər.
"Dəvələrin cəsədləri yandırılacaq və ya basdırılacaq", - nəşr bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstraliyanin-hakimiyyet-orqanlari-su-catismazligina-gore-10-min-deve

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR