"İntiqamımız onların ayağını bölgədən kəsmək olacaq" -

İranın paytaxtı Tehranda keçirilən iclasda danışan İran lideri Həsən Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-a aid Ayn əl-Əsəd bazasını vurması ilə bağlı açıqlamalar verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Həsən Ruhani bunları deyib:

"Qurudan quruya atılmaqla onlarla raket vasitəsilə terrorçu ABŞ ordusuna aid Ayn əl-Əsəd bazası vuruldu. Onlar Süleymaninin əlini kəsdilər. Bunun intiqamı onların ayaqlarını bölgədən kəsmək olacaq".

O bildirib ki, ABŞ Süleymanini öldürməklə İranın daxilinə ayrılıq və qarışıqlıq salmaq, bölgəyə qorxu yaymaq və İranla İraqın münasibətlərini korlamaq niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR