Canlı yayımda göz yaşına boğulan müğənni:

ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.

Metbuat.az xəbər verir ki, Zeynəb Həsəni canlı efirdə ağlayaraq anasının ölümündən danışıb:

“İstəməzdim bu mövzu haqqında danışım. İlk ilim idi ki, tək keçirdim, özümü tək hiss etdim. Bayram olmadı. Mənə deyirlər ki, artıq sənin 30 yaşın var, biraz dözümlü olmalısan. Uşaq olsaydım bələ o ağrını bilməzdim. Anam həmişə mənə deyərdi ki, ana olanda analıq nədir bilərsən. Amma mən ana olmadan anasızlığın nə demək olduğunu bildim”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR