İstanbulda “Türk axını” qaz kəmərinin açılış mərasimi keçirilir - CANLI YAYIM

İstanbulda “Türk axını” qaz kəmərinin açılış mərasimi keçirilir - CANLI YAYIM
17:12 8 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

İstanbulda "Türk axını" qaz kəmərinin işə salınması mərasimi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edir.

"Türk axını" qaz kəmərinin açılış mərasimində Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edir.

Qeyd edək ki, "Türk axını" Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin birinci hissəsi, qazın Türkiyə bazarına tədarükü üçün, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin hər bir hissəsi ildə 15,75 milyard kubmetr qaz nəql edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/816294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR