Məzahir Pənahov: "Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur"

Məzahir Pənahov: "Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur"
17:12 8 Yanvar 2020
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir.

Sədr bildirib ki, MSK çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq: "Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Əgər dairə seçki komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır. Əgər hər hansı bir məsələ ilə bağlı çətinlik olarsa, bununla bağlı mərkəzi Seçki Komissiyasına müraciıt edilməlidir və Mərkəzi Seçki Komissiyası məsələnin aradan qaldırılması üçün lazımi addımları atacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR