Kosmik hava durumu açıqlandı - Maqnit qasırğası olacaqmı?

Kosmik hava durumu açıqlandı - Maqnit qasırğası olacaqmı?
10:50 9 Yanvar 2020
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər Tac kütlə müşahidə olunmayıb.

Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.

Hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür. 8 yanvarda ümumi maqnit sahəsində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.

Proqnoz dövründə (09 - 11 yanvar) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Dövr ərzində, geomaqnit sahədə ümumən sakitlik davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 09 yanvar tarixində 5%-dən, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3174748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR