Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
12:57 9 Yanvar 2020
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Məlumatı DİN Mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, F. İlyasov Xaçmaz RPŞ-də də eyni vəzifəni daşıyaraq əməliyyat işlərinə nəzarət edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/816438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR