Ağ Ev Konqresin İranla bağlı qətnaməsini səhv addım adlandırdı

Ağ Ev Konqresin İranla bağlı qətnaməsini səhv addım adlandırdı
09:17 10 Yanvar 2020
77 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Nümayəndələr Palatasının prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən icazəsiz istifadə etməsini qadağan edən qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib.

O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb. Onun fikrincə, "ABŞ Prezidentinin addımları dünyanı daha təhlükəsiz bir yerə çevirir".

Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək bir səhv adlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/816627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR