Dünya futbol tarixində qeyri-adi hadisə yaşanıb.
"Report"un AS qəzetinə istinadən verdiyi məlumata görə, 2 klub eyni futbolçu - Rafidin Abdullanın transferini açıqlayıb.
Abdulla həm İspaniya "Herakles"i, həm də İsveçrə "Lozanna"sı ilə müqavilə bağlayıb. Adı çəkilən komandalar bir neçə dəqiqə fərqi ilə fransalı yarımmüdafiəçin transferini elan edib.

Fransalı futbolçu 2 ayrı-ayrı klubla müqavilə bağlayıb
Qeyd edək ki, artıq "Herakles"in məşqinə qoşulan 25 yaşlı futbolçu İsveçrə təmsilçisinin də heyətinə qatılmaq məcburiyyətində qalacaq.