Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Metbuat.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.