Bu gün Azərbaycanın iki klubu Antalyada yoxlama oyunu keçirəcək

Bu gün Azərbaycanın iki klubu Antalyada yoxlama oyunu keçirəcək
09:52 11 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxacaqlar.
"Report"un məlumatına görə, toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşacaqlar.
"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşəcək. "Fanatic Tour"un meydanında təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.


"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək matç “Sabah” FK-nın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-azerbaycanin-iki-klubu-antalyada-yoxlama-oyunu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR