Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid edildi - VİDEO

Damla Nərminlə bağlı bu hərəkətinə görə tənqid edildi - VİDEO
10:42 11 Yanvar 2020
184 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Damla Tovuz rayonunda qətlə yetirilən Nərmin Quliyevanın məzarını ziyarət edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu ziyarət zamanı çəkilən videonu müğənninin prodüseri öz "İnstagram" səhifəsində paylaşıb. İzləyicilər isə ifaçını özünü reklam etməkdə ittiham edərək tənqid ediblər.

"Heç reklam yeridir, Damla? Bir gözün kamerada, bir gözün qəbirdə. Bəsdir, ayıbdır", "Sakitcə gedib ziyarət edərdiniz, çəkiliş niyə edirsiz ki?" - deyə izləyicilər qeyd ediblər.

Lakin onu bu hərəkətinə görə alqışlayan insanlar da olub.

"Nərmini ziyarətə getmisiz, əhsən sizə", "Damla hər zaman sadə insan olub", - deyə onlar ifaçının ünvanına təşəkkür sözləri yazıblar.

Sözügedən videonu təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/816962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR