FHN əməkdaşları Türkiyədə təlimlərə cəlb edildi

FHN əməkdaşları Türkiyədə təlimlərə cəlb edildi
12:15 11 Yanvar 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması üzrə tədbirlər Türkiyə Respublikasının mentorluğu ilə davam etdirilməkdədir.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu sahədə əməkdaşlıq çərçivəsində, Türkiyə Respublikası Fəlakət və Fövqəladə Hallar Departamentinin dəvəti ilə, Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin 13-17 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçiriləcək təlimdə iştirakı planlaşdırılır. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi təlimin əsas məqsədlərindəndir.

Qeyd edək ki, Beynəlxalq Axtarış-xilasetmə dəstəsi beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək məqsədi ilə 2016-cı ildə yaradılıb. Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması məqsədi ilə müvafiq təlim və kurslar keçirilib, həmçinin şəxsi heyətin bununla bağlı beynəlxalq tədbirlərdə iştirakı təmin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3175846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR