ABŞ İraqı neft satışından əldə etdiyi vəsaitdən məhrum edə bilər

ABŞ İraqı neft satışından əldə etdiyi vəsaitdən məhrum edə bilər
06:37 12 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton İraqı neft satışından əldə etdiyi gəlirlərin saxlanıldığı ABŞ hökumətinin bank hesabına girişdən məhrum etməklə hədələyib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Wall Street Journal” İraqdakı mənbələrə istinadən verib.
Qeyd olunub ki, rəsmi Vaşinqton İraq rəsmilərinə, ABŞ qoşunlarının ölkədən çıxarılacağı təqdirdə Nyu-Yorkun Federal Ehtiyat Bankındakı (Federal Rreserve Bank of New York) hesaba giriş əldə bilməyəcəkləri barədə xəbərdarlıq edib.
Müvafiq xəbərdarlıq İraqın Baş Naziri vəzifələrini icra edən Adel Abdul Mehdiyə də çatdırılıb.
Qəzet qeyd edir ki, Amerika hakimiyyətinin belə bir addımı İraq iqtisadiyyatına ciddi ziyan vura bilər. Bank hesabında saxlanılan məbləğin miqdarı barədə məlumat verilməyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-i-raqi-neft-satisindan-elde-etdiyi-vesaitden-mehrum-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR