"Yuventus"da Merih Demiral şoku - "Zədəsi ciddi ola bilər"

"Yuventus"da Merih Demiral şoku - "Zədəsi ciddi ola bilər"
12:57 13 Yanvar 2020
86 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasının 19-cu turunda "Roma"ya səfərdə 2:1 hesabı ilə qalib gələn "Yuventus" ciddi itki ilə üzləşib.

Milli.Az xəbər verir ki, komandanın ilk qolunu vuran türkiyəli müdafiəçi 16-cı dəqiqədə zədələndi. Matçdan sonra Turin klubunun baş məşqçisi Maurisio Sarri 21 yaşlı futbolçunun son vəziyyəti barədə danışıb:

"Merihdə burxulma var. Buna tibbi müayinədən sonra tam aydınlıq gələcək. İlk düşüncələrimə görə, zədəsi ciddi ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/817420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR