Bu gün Sılanın toyudur

Bu gün Sılanın toyudur
19:37 13 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur pop ulduzu Sıla Gencoğlu və aşpaz Hazer Amani bu gün ailə həyatı qurur.  

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, İstanbulda otellərin birində baş tutacaq toy mərasimində cütlüyün yaxın dostları və ailə üzvləri iştirak edəcək.

Az sayda qonaqların iştirak edəcəyi gecədə bir nəfər üçün menyu 500 TL (təxminən 145 AZN) olacaq, yeməkləri məşhur aşbazlar hazırlayacaq.

Bundan əlavə, iddia olunur ki, sənətçi hamilədir və bu səbəbdən toy vaxtından əvvəl reallaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR