Nazir: “DSMF-də builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradılıb”

Nazir: “DSMF-də builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradılıb”
10:47 14 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozdan 5,4% artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə edilib.
“Report” xəbər verir ki, bu barədə nazir Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə məlumat verib.
“Elektronlaşma əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı olub. Bunların nəticəsində 2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə 170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarılıb. Dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və DSMF-də builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradılıb”, - deyə o, qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/dsmf-de-elave-olaraq-190-milyon-manat-ehtiyat-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR