"Liviya Milli Ordusunun əksər tələbləri nəzərə alınmayıb" -

Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasının səbəblərini açıqlayıb.

Metbuat.az-ın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, X. Haftar bildirib ki, ona təklif edilən sənədin layihəsində LMO-nun əksər tələbləri nəzərə alınmayıb.

“Atəşkəs razılaşmasının layihəsində Liviya Milli Ordusunun əksər tələbləri nəzərə alınmayıb”, - deyə X. Haftar vurğulayıb.

"Sky News Arabia” telekanalının yaydığı məlumatda bildirilib ki, X. Haftar Moskvada keçirilən görüşlərdə onun qüvvələrinin Tripolidə yerləşdirilməsinə və Tobrukda oturan parlamentin etibarını qazanacaq milli birlik hökumətinin yaradılmasına təkid edib.

Türkiyənin iştirakı olmadan atəşkəs rejiminə riayət edilməsi ilə bağlı beynəlxalq monitorinqin aparılmasına çağırış edən X. Haftar Suriya və Türkiyədən gətirilən döyüşçülərin qeyd-şərtsiz ölkədən çıxarılmasını da tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR