Baş nazir Ukrayna təyyarəsinin vurulmasına görə Trampı ittiham etdi

Baş nazir Ukrayna təyyarəsinin vurulmasına görə Trampı ittiham etdi
20:18 14 Yanvar 2020
88 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Baş naziri Castin Trüdo Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulmasına görə, ABŞ prezidenti Donald Trampı ittiham edib.

Publika.az-ın məlumatına görə, o, yerli mediaya açıqlamasında bildirib ki, ABŞ bölgədə gərginlik yaradacaq addımlar atmasaydı faciə baş verməzdi:

“Son günlər bölgədə gərginlik artmasaydı, kanadalılar indi evlərində olacaqdı. Müharibənin acısını məsumlar yaşayır”.

Xatırladaq ki, İranın müdafiə sistemləri laynerin raket olduğunu güman edərək, hədəfə alıb. Nəticədə aralarında Kanada vətəndaşları da olmaqla 176 nəfər həyatını itirib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/301914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR