Rusiyada qəzet və jurnal satışı 45 faizədək azalıb

Rusiyada qəzet və jurnal satışı 45 faizədək azalıb
04:32 15 Yanvar 2020
86 Dünya
Ölkə mətbuatı
A- A+

2014-2019-cu illər ərzində Rusiyada qəzet və jurnal satışı 45 faiz azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiyanın Çap Sənayesi Müəssisələri İttifaqı məlumat yayıb. Qeyd olunub ki, qəzet və jurnalların həm pərakəndə satışı, həm də onlara abunənin sayı aşağı düşüb. Kompüter, avtomobil, interyer və dizayn sahələrinə aid, eləcə də xəbər nəşrlərinə maraq tamamilə azalıb.

Məlumatda deyilir ki, Rusiyada qəzet kiosklarının sayı 41 min ədəd azalıb, onların əvəzinə mağazalarda mətbuat satışı stendləri yaradılıb.

İttifaqın prezidenti Ruslan Novikovun sözlərinə görə, artıq çap KİV-lərinin dövrü arxada qalıb, indi yalnız nəşriyyat biznesi inkişaf edir. Hazırda Rusiyada rəqəmsal məkanda ilk onluğa daxil olan informasiya resurslarının hamısı əvvəllər çap versiyasında çıxan KİV-lərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/817670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR