Yevgeni Koçuk "Səbail"dən getdi

"Səbail" futbolçusu Yevgeni Koçukla yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçiyə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Səbail" moldovalı oyunçunu 2018-ci ildə Slovakiya "Jilina"sından icarəyə götürsə də, daha sonra birdəfəlik keçidini rəsmiləşdirmişdi. Futbolçu komandanın heyətində 54 matça çıxaraq 8 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR