Təyyarəyə 200 diri əqrəb keçirmək istədi

Təyyarəyə 200 diri əqrəb keçirmək istədi
17:37 16 Yanvar 2020
116 Dünya
Ölkə mətbuatı
A- A+

Şri Lankada Bandaranaike hava limanının əməkdaşları çinli sərnişindən 200 diri əqrəb müsadirə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 30 yaşlı şəxs əqrəbləri plastik qablara yığaraq çantada gizlədib.

Lakin gömrük baxışı zamanı əqrəblər aşkar edilib və müsadirə olunub. Həmin şəxs 551 dollar məbləğində cərimələndikdən sonra təyyarəyə buraxılıb.

Onun əqrəblərin zəhərindən istifadə etmək üçün Çinə aparmaq istədiyi məlum olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR