Bakı. Trend:

Bakının Binəqədi rayonu S.Məmmədova küçəsində yanvarın 16-da yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazrliyindən (DİN) Trend-ə verilən məlumata görə, ötən gün saat 8 radələrində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub.

Bildirilir ki, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin