Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi

Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi
16:53 17 Yanvar 2020
39 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr islahatı edib.

Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, yaş həddi ilə təqaüdə göndərilən kadrlar idarəsinin rəisini əvəzləyib.

Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi yenidən polis polkovniki Kamran Əliyev olacaq. (avtosfer.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/302221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR