Helikopter magistral yola endi - Təşviş dolu anlar

Helikopter magistral yola endi - Təşviş dolu anlar
21:47 17 Yanvar 2020
74 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yamal yarımadasında "Mil Mi-8" tipli helikopter qəza enişi edib.

Milli.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən magistral yola enmək məcburiyyətində qalan nəqliyyat vasitəsi qəza təhlükəsi yaradıb.

Yerli media qar fırtınasına məruz qalan helikopterin bir neçə dəfə yerə enməyi sınadığını, lakin bacarmadığını yazıb.

Göyərtədəki işçilər təşvişə düşsə də, hadisə zamanı xəsarət alan olmayıb. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR