"Yuventus” futbol klubu "Barselona"ya yarımmüdafiəçisi Federiko Bernardeskini təklif edib.

Publika.az xəbər verir ki, əvəzində isə Katalon klubunun yarımmüdafiəçisi İvan Rakitiçi almaq istəyir.

Məlumata görə, "Yuventus”un baş məşqçisi Maurisio Sarri də Bernardeski - Rakitiç mübadiləsini bəyənib.

Qeyd edək ki, ötən il də "Yuventus" "Barselona”ya Rakitiç üçün belə bir təklif göndərmişdi, lakin xarvat oyunçu həmin sazişdən imtina etmişdi.