Bakıda istirahət mərkəzində yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR