Ərdoğan Berlin konfransını niyə tez tərk etdi? - ŞOK DETALLAR

Ərdoğan Berlin konfransını niyə tez tərk etdi? - ŞOK DETALLAR
12:18 20 Yanvar 2020
177 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlin konfransını 2 saat tez tərk etməsi marağa səbəb olub.

Publika.az xəbər verir ki, onun bu addımı Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla eyni masa arxasında oturmaq istəməməsi kimi şərh olunub.

Türkiyə rəsmisi jurnalist Murat Yetkinin sualına bu cür cavab verib:

"Xarici işlər naziri Mövlud Çavuşoğlu sona qədər orada idi. Heç bir problem yoxdur, sadəcə şam yeməyinə qalmadıq. Bu, prezidentin gərgin iş qrafiki ilə bağlı idi. Haftar isə liderlərin olduğu heç bir yerdə olmayıb".

Qeyd edək ki, Berlin konfransında Liviyaya BMT-nin nəzarəti altında silah embarqosu tətbiq edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/302404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR