Ərdoğan: "Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq"

Ərdoğan: "Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq"
18:47 20 Yanvar 2020
149 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hazırda Liviyaya yalnız hərbi məsləhətçi və təlimatçılarını göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk jurnalistlərinə açıqlamasında deyib.

"Hazırda oraya (Liviyaya - red.) hərbi qüvvə göndərmirik. Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik", - deyə R. T. Ərdoğan bildirib.

Onun fikrincə, Rusiya və Türkiyə liderlərinin Liviyada atəşkəs rejiminə riayət edilməsi çağırışı yeni siyasi həll imkanlarını açacaq: "Siyasi həll yolunda səylərimizin bir hissəsi olaraq Berlində Liviya ilə bağlı sammitdə iştirak etdik. 55 bənddən ibarət sammitin bəyannaməsini qəbul etdik" siyasi proses üçün fürsət açılacaq. Atəşkəsə əməl olunarsa, siyasi proses üçün fürsət açılacaq".

Bununla yanaşı, Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftarı "terrorçu" hesab etdiyi üçün onunla danışıqlar masası arxasında oturacağını mümkünsüz olduğunu bildirib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR