Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub
07:27 23 Yanvar 2020
131 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Akhisar rayonunda qeydə alınıb.

Onun ardınca, Kırkağac rayonunda 4,4 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar yerli vaxtla saat 22:25-də qeydə alınıb. Daha sonra saat 22:34-də 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Təxminən 6.98 kilometr dərinlikdə baş verən zəlzələ İzmir, Manisa, Aydın əyalətlərində, həmçinin Yalova və Bursada da hiss edilib.

Türkiyə Daxili İşlər Nazirliyi məlumat verib ki, hazırda zəlzələ nəticəsində ölən və xəsarət alan yoxdur

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR