Ahmet Kural da evlənir

Ahmet Kural da evlənir
15:57 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktyoru Ahmet Kuralın toy tarixi məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, vəkil sevgilisi Çağla Gizem Çeliklə münasibətini rəsmiləşdirmək qərarına gəlib.

Komediya aktyoru gələn ay Çağla üçün elçiliyə gedəcək. Ahmet Türkiyə toy adət-ənənələrinə uyğun bir addım atacaq.

Toy mərasiminin isə yay aylarında baş tutacağı planlaşdırılıb.

Qeyd edək ki, aktyorun qalmaqallı şəkildə ayrıldığı keçmiş sevgilisi Sıla bu ayın əvvəlində aşpaz Hazer Amani ilə nikah bağlayıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR