5G dəstəyi ilə yeni Apple iPad planşeti hazırlanır

5G dəstəyi ilə yeni Apple iPad planşeti hazırlanır
23:42 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Amerikanın Apple şirkəti hələ 2019-cu ilin payızında yeni iPad planşetinin buraxılacağını anons etmişdi və onun əsas xüsusiyyəti 5G texnologiyasının tətbiqidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ekspertlər, həmçinin bu devaysın yeni iPhone 12 smartfonunun debütü ilə demək olar ki, eyni vaxtda peyda olacağını vurğulayıblar. Amerika brendinin nümayəndələri ictimaiyyətə, həmçinin iPad Pro xəttinin təkmilləşdirilmiş planşetlərini təqdim etmək niyyətindədirlər.

Mütəxəssislər yeni cihazın əvvəllər texnikada istifadə edilməmiş innovativ texnologiyalar və seçimlər əldə edəcəyini də anons ediblər. Daha dəqiq xüsusiyyətlər Apple tərəfindən təşkil ediləcək debüt çərçivəsində səslənəcək, lakin tədbirin dəqiq tarixi hələ də açıqlanmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/819646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR