11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb -

Qaxda 17 yaşlı gənc dəm qazının qurbanı olub

Metbuat.az xəbər verir ki ,rayonun Qaxbaş kənd sakini, Rövşən Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, gənc yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.1 7 yaşlı Rövşən Qax şəhər 2 saylı məktəb-liseyin 11-ci sinfinin şagirdi olub.

Əldə etdiyimiz məlumatlara görə,Rövşən Qurbanov axşam saatlarında yaşadıqları evin həyətində olan vanna otağına girib.Həmin vaxt onun valideynləri də evdə olub.Anası Rövşəndən səs gəlmədiyini gördükdə narahat olub və qapını döyüb.Ailə üzvləri içəri daxil olduqda övladlarını huşsuz vəziyyətdə aşkar ediblər.Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına aparılıb,daha sonra isə ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(Baku tv)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR