Pakistan Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub

Pakistan Milli Bankının Bakı filialı ötən ili zərərlə başa vurub
17:32 24 Yanvar 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

Pakistan Milli Bankının Bakı filialı 2019-cu ili 401 min manat zərərlə başa vurub. Halbuki, filial 2018-ci ildən 3 min manat xalis mənfəətlə çıxmışdı.
“Report xəbər verir ki, ötən il Pakistan bankının gəlirləri 433 min manat (illik müqayisədə 38% az), xərcləri 867 min manat (6,8% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 33 min manat (71,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə Pakistan bankının aktivləri 10,168 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,9% azdır. Bunun 655 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bakı filialının kredit portfeli 30,1% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 70% azalaraq 421 min manata düşüb, o cümlədən depozit portfeli 70,5% azalaraq 407 min manata, balans kapitalı isə 3,9% azalaraq 9,747 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pakistan-milli-bankinin-baki-filiali-oten-ili-zererle-basa-vurub24012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR