Bu il “Qum-dəniz” yatağında neft hasilatının artacağı proqnozlaşdırılır

Bu il “Qum-dəniz” yatağında neft hasilatının artacağı proqnozlaşdırılır
10:47 25 Yanvar 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

2020-ci ildə “Bahar-Qum-dəniz” blokunda neft hasilatının artacağı, qaz hasilatının azalacağı proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə qeyd edilib.
Məlumata görə, bu il “Qum-dəniz” neft yatağından 0,284 mln. barel neft, “Bahar” qaz yatağından isə 210 mln. kubmetr qaz hasilatı proqnozlaşdırılır.
Bu il “Qum-dəniz” yatağından hasilatın həcmi 2018-ci ilin icra göstəricisindən 5,3% az, 2019-cu ilin proqnozundan isə 5,2% çoxdur. “Bahar” yatağında qaz hasilatının həcmi ötən ilin proqnozundan 7% az, 2018-ci ilin icrasından 9% çoxdur.
Rəydə bildirilib ki, “Bahar” yatağında 2019-cu ildə yeni qaz quyusunun qazılması illik iş proqramına əsasən planlaşdırılıb, lakin podratçılar tərəfindən bu işlər təxirə salınıb. 2020-ci ildə isə yeni quyunun qazılması planlaşdırılmadığından və eləcə də təbii düşmə tempi nəzərə alınaraq 2019-cu ilə nisbətən 2020-ci il üzrə qaz hasilatının planlı olaraq azalması müşahidə edilir.
Qeyd edək ki, 1968-ci ildə kəşf edilən “Bahar” qaz-kondensat yatağı Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir.
“Qum-dəniz” yatağı Bakıdancənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" yatağı 1955-ci ildən sənaye işlənməsinə verilib.
“Bahar” və “Qum dəniz” yataqlarında “Bahar Energy Ltd.” şirkəti əməliyyat aparır. Bu şirkət “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-qum-deniz-blokunda-neft-hasilatinin-artacagi-proqnozlasdirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR