İngiltərəli futbolçu oyun ərəfəsində öldürüldü

"Metlok Taun" klubunun futbolçusu Cordan Sinnot kütləvi davada aldığı xəsarətlərə görə həlak olub.

Metbuat.az xəbər verir ki, ingiltərəli oyunçu huşsuz vəziyyətdə tapılıb. Polisin araşdırması nəticəsində ortaya çıxıb ki, o, barlardan birində 8 kişi və 1 qadının iştirak etdiyi davada olub. 25 yaşlı yarımmüdafiəçinin kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və orada dünyasını dəyişdiyi bildirilib. Futbolçuya xəsarət yetirməkdə təqsirli bilinən 27 yaşlı kişi saxlanılıb.

Qeyd edək ki, C.Sinnotun icarə əsasında çıxış etdiyi "Metlok Taun" oyunçunun ölümündən sonra planlaşdırılmış matçını ləğv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR