Generalın adamı canlı yayımda müharibə ELAN ETDİ: "Silah yolu ilə həll olunacaq"

Generalın adamı canlı yayımda müharibə ELAN ETDİ: "Silah yolu ilə həll olunacaq"
10:23 27 Yanvar 2020
131 Dünya
Ölkə mətbuatı
A- A+

“Liviyadakı problemin həlli siyasət deyil, ancaq silah yoludur”.

Publika.az xəbər verir ki, bunu Liviyanın şərqini nəzarətində saxlayan general Xəlifə Haftarın Liviya Milli Ordusunun mətbuat katibi Əhməd əl-Mismari deyib.

Keçirdiyi mətbuat konfransında çıxış edən Mismari Almaniyanın paytaxtı Berlində səsləndirilən atəşkəs çağırışlarına rəğmən, Misratanın cənub-şərqindəki Əbu-Qıreyn bölgəsinə etdikləri hücumların hərbi hərəkətliliyə qarşı tədbir məqsədli olduğunu bildirib.

Bu həftə yeni görüş

Berlin Konfransının yekun sənədinə görə, Liviyanın Birləşmiş Millətlər Təşkilatı nəzdindəki qanuni təmsilçisi olan Milli Barışıq Hökuməti (MBH) və Haftar tərəfindən 5 təmsilçinin Cenevrədə BMT himayəsində görüşməsi bu həftəyə planlaşdırılır.

Haftar qüvvələri isə bu toplantıdan qabaq atəşkəsi pozaraq başda paytaxt Tripoli olmaqla, MBH-nin nəzarətindəki bölgələrə hücumları intensivləşdirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/303041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR